Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hesab edir ki, bu həftə Ukrayna nizamlanması üzrə razılaşma əldə oluna biləcəyi üçün yaxşı imkanlar var.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
"Bu həftə Rusiya ilə Ukrayna arasında razılığın əldə olunması üçün yaxşı şanslar var", - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl D.Tramp sosial şəbəkələrdə də bir həftə ərzində Ukrayna ilə bağlı razılaşmaya ümid etdiyini, lakin sonra uğur əldə etmək üçün şansları qiymətləndirməkdən çəkindiyini bildirib.