Bakı.Trend:
Rusiyanın paytaxtı Moskvada yerləşən “Moskva-Siti” kompleksində baş vermiş partlayış və yanğının səbəbi bəlli olub.
Trend xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, insident “Afimoll” ticarət mərkəzinin yeraltı
parkinq zonasında avtomobillərdən birinin partlaması nəticəsində
baş verib. Hadisə yerinə gələn xilasedicilərin artıq yanan
avtomobili söndürməyə nail olduğu bildirilir.
Zərərçəkənlər barədə məlumat yoxdur.
Bundan əvvəl Rusiya sosial şəbəkələrində “Moskva-Siti” kompleksində ard-arda 3 partlayışın baş verdiyi barədə məlumatlar yayılmışdı.
xxx
17:01
Rusiyanın paytaxtı Moskvada “Moskva-Siti” adlı kompleksdə ard-arda 3 partlayış baş verib.
Trend xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə yayılıb.
Hazırda partlayışların baş verdiyi ərazidə güclü yanğın meydana gəlib.
İnsidentin səbəbləri araşdırılır. Hadisə yerinə təcili tibbi yardım dəstələri göndərilib.
Ölən və yaralılar barədə məlumat yoxdur.