...

Latviya minaların qadağan olunması konvensiyasından çıxıb

Dünya xəbərləri Materials 24 Aprel 2025 11:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Latviya prezidenti Edqar Rinkeviç ölkənin piyada əleyhinə minaların qadağan olunması haqda Ottava konvensiyasından çıxması ilə bağlı qanunu təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkənin yüerli KİV-ləri məlumat yayıb.

"Latviya üçün öz fəaliyyət çevikliyini məhdudlaşdırmamaq və dövlətin qorunması və çəkindirici tədbirlərin gücləndirilməsi məqsədilə müxtəlif silah sistemlərindən və həll yollarından istifadə imkanına malik olmaq vacibdir", - qanun layihəsinə əlavə olunmuş şərhdə əlavə olunub.

Qeyd edilir ki, konvensiyadan çıxmaq qərarı regionda təhlükəsizlik strukturunun dəyişməsi və xüsusən də Rusiyanın siyasəti ilə bağlıdır.

Latviya parlamenti ölkənin konvensiyadan çıxmasını 16 aprel tarixində təsdiqləyib. Həmin vaxt qanun layihəsini 100 deputatdan 68-i dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti