Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında Fransaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azalaraq, 73 milyon 286 min 1 dollara çatdırıb.
Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Fransaya hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 232 milyon 62 min 76 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 4 milyon 184 min 923 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 1 milyon 417 min 152 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 17 milyon 571 min 108 dollar məbləğində hazır geyim ixrac edib.