...

Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər

Dünya xəbərləri Materials 24 Aprel 2025 20:26 (UTC +04:00)
Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ilə Əfqanıstanın İctimai İşlər Nazirliyi arasında Turğundi-Herat-Qəndəhar-Spin-Boldak dəmir yolunun tikintisində iştirakda onların maraqlı olduqlarını təsdiq edən niyyət Protokolu imzalanıb.

Trend Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadən xəbər verir ki, protokol Qazaxıstan Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarinin başçılıq etdiyi nümayəndə heyətinin Əfqanıstana səfəri çərçivəsində imzalanıb.

Qeyd olunur ki, əldə olunan razılaşmaların davamı olaraq nəqliyyat və logistika sahəsində əməkdaşlıq haqqında Saziş bağlanacaq ki, bu sənəd çərçivəsində Turğundi-Herat hissəsində dəmir yolu xəttinin, lazımi infrastrukturun, eləcə də Herat şəhərində nəqliyyat-logistika mərkəzinin tikintisinə başlanılması müəyyən ediləcək.

Layihə regional tranzit qarşılıqlı əlaqələrinin genişləndirilməsi, Mərkəzi və Cənubi Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Hind okeanı limanlarına çıxışın təmin edilməsi baxımından Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xətti Əfqanıstan ərazisindən keçən və cənub istiqamətində yükdaşımaları üçün ən qısa marşrutu təmin edən gələcək transmilli dəhlizin əsas halqasına çevriləcək.

Dəmir yolu xəttinin tikintisi ilə yanaşı, eyni vaxtda fiber-optik kabelin çəkilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti