Bakı. Trend:
Rumıniyanın Konstansa şəhərinin dəmiryol vağzalında iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.
Trend-in "Agerpres" agentliyinə istinadən verdiyi məlumata görə, yaralılardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.
Rumıniya Milli Dəmiryol Şirkətindən bildirilib ki, hadisə sərnişin qatarı yola düşmək üzrə olarkən manevr edən digər qatarla toqquşması nəticəsində baş verib. Hadisədən sonra hər iki qatar texniki baxış məqsədilə ehtiyat yollara çəkilib.
Ölkənin nəqliyyat naziri Sorin Qrindyanu qeyd edib ki, hadisənin səbəbləri araşdırıldıqdan sonra bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təcili tədbirlər görüləcək.