...

Britaniyada həbs edilənlər sinaqoqa hücum planlaşdırmış ola bilər – KİV

Dünya xəbərləri Materials 5 May 2025 05:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 3-də Britaniya polisi tərəfindən saxlanılan şübhəli terrorçuların sinaqoqu və ya yəhudi icması ilə əlaqəli veb-saytı hədəfə almış ola biləcəyi ehtimal edilir.

Trend-in “Daily Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, polis mümkün terror aktının qarşısını onun baş verməsinə yalnız bir neçə saat qalmış alıb.

Skotlend-Yardın açıqlamasına əsasən, terrorla mübarizə əməkdaşları beş nəfəri saxlayıb, onlardan dördü İran vətəndaşıdır. Onlar “müəyyən bir obyektə hücum məqsədi daşıyan sui-qəsddə iştirak etməkdə” şübhəli bilinirlər. Hədəf alınması planlaşdırılan obyektin adı isə istintaqın maraqları baxımından açıqlanmır.

Bundan əlavə, şənbə günü Londonda aparılan ayrı bir araşdırma çərçivəsində 39–55 yaş aralığında olan üç iranlı daha həbs edilib. Bu həbslər 2023-cü il Milli Təhlükəsizlik Qanununun 27-ci maddəsinə əsasən, yəni xarici dövlət adından təhdidedici fəaliyyət şübhəsi ilə həyata keçirilib.

Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper bu antiterror əməliyyatlarını “son illərdə ölkədə aparılan ən genişmiqyaslı tədbirlərdən biri” kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti