...

İranın partlayış baş verən limanında yenidən yanğın olub

Dünya xəbərləri Materials 5 May 2025 15:18 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunda partlayış baş verən Şəhid Rəcai limanında yenidən yanğın olub.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, limanda reach stacker-də (böyük avtokar) yanğın baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürmə heyəti ezam olunub və yanğının söndürüldüyü bildirilir.

Qeyd edək ki, 26 apreldə İranın Şəhid Rəcai limanında konteyner terminallarından birində güclü partlayış baş verib. Hadisə nəticəsində rəsmi şəkildə bildirildiyinə görə, 57 nəfər ölüb, 1,2 mindən çox şəxs yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti