Bakı. Trend:
Böyük Britaniyanın kral hava qüvvələri “StormShroud” nəslində olan yeni hərbi təyinatlı pilotsuz uçan aparatını ictimaiyyətə təqdim edib. PUA-nın əsas təyinatı pilotlu “F-35” və “Typoon” qırıcılarını mühafizə etməkdir.
Trend xəbər verir ki, bu barədə “Defence Blog” yazır.
Qeyd edilir ki, göyərtəsindən kompleks radioelektron mübarizə kompleksi olan dron artıq may ayının əvvəlindən Britaniya ordusunun sərəncamına verilib. Dron uzun məsafələrdən düşmənin radarlarının susdurulması üçün nəzərdə tutulan “BriteStorm” sistemi ilə təchiz olunub.
Böyük Britaniya hökuməti bəyan edib ki, HHQ “StormShroud” platformasının istehsalına 19 milyon funt investisiya qoyur. Bu dron pilotlu qırıcılarla bərabər tapşırıqlar yerinə yetirəcək “Autonomous Collaborative Platforms” ailəsinə aid ilk aparat olacaq.