...

Bu ölkədə güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 May 2025 09:58 (UTC +04:00)
Bu ölkədə güclü zəlzələ baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tonqoda 6.4 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmoloji aktivliyin episentri 4 min nəfərə yaxın əhalisi olan Neiafu adasından 137 kilometr cənub-qərbdə, hiposentri (yeraltı ocağı) isə 243 km dərinlikdə olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntı və zərərçəkən yoxdur. Eyni zamanda, sunami xəbərdarlığı da daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti