Bakı. Trend:
Türkiyənin 27 vilayətində paralel olaraq FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz “X” səhifəsində məlumat yayıb.
Əməliyyatların gedişində jandarm qüvvələri prokurorluq orqanı əməkdaşları ilə birgə müxtəlif idarələrə daxil olaraq şübhəliləri saxlayıb.
Məlumata əsasən, reydlər Aksaray, Ankara, Aydın, Bursa, Çanakkale, Çorum, Ədirnə, Elazığ, Ərzurum, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kars, Kırklareli, Kocaeli, Konya, Kütahya, Mardin, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa və Tekirdağda aparılıb. Ümumilikdə 101 nəfərin saxlanıldığı bildirilir.