...

Polşada prezident seçkiləri başlayıb

Dünya xəbərləri Materials 18 May 2025 10:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşada növbəti prezident seçkilərinin keçirildiyi seçki məntəqələri açılıb.

Trend xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Seçicilər bu gün 13 namizəd arasından ölkənin növbəti prezidentini seçmək üçün səs verirlər.

Aparılan sorğulara əsasən, seçkilərin nəticələrinin birinci turda müəyyənləşəcəyi ehtimalı azdır. Böyük ehtimalla prezidentin kimliyi iyunun 1-də keçiriləcək ikinci tur səsverməsindən sonra bəlli olacaq.

Prezident postu uğrunda mübarizənin əsas namizədləri kimi “Hüquq və Ədalət” partiyasının dəstəklədiyi, Milli Yaddaş İnstitutunun direktoru Karol Navroçki, hakim koalisiyanın namizədi, baş nazir Donald Tusk, həmçinin Varşava meri Rafal Trzaskovski göstərilir.

Xəbər lenti

Xəbər lenti