...

Hindistanın Haydarabad şəhərində yanğında ən azı 17 nəfər ölüb

Dünya xəbərləri Materials 18 May 2025 12:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın cənubundakı Telanqana əyalətinin Haydarabad şəhərində baş verən yanğında qadın və uşaqlar da daxil olmaqla ən azı 17 nəfər həyatını itirib.

Trend xəbər verir ki, məlumatı ANI agentliyi yayıb.

İlkin məlumatlara görə, yanğının səbəbi qısaqapanmadır. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez söndürə bilməyiblər.

Yerli hökumət sözçüsü Kişan Reddi bildirib ki, yanğın bir ailəyə məxsus mirvari mağazasında baş verib, həmin ailənin evi mağazanın bir mərtəbə yuxarısında yerləşirmiş. Yanğın nəticəsində çox sayda insan həlak olub, bir çoxları isə yaralanıb.

Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və hər ailəyə 2,3 min dollar, qurbanların hər birinə isə 580 dollar yardım ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti