...

Çin mərkəzi bankı illik faiz dərəcəsini aşağı salıb

Dünya xəbərləri Materials 20 May 2025 09:09 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Xalq Bankı (Mərkəzi Bank) maliyyə vəziyyəti sabit və reytinqi yüksək olan müəssisələr üçün bir illik kreditlər üzrə faiz dərəcəsini 0,1 faiz bəndi azaldaraq 3 faizə endirib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tənzimləyici beş illik kreditlər üzrə faiz dərəcəsini də 0,1 faiz bəndi azaldaraq 3,5 faizə endirib.

Hər iki faiz dərəcəsi sonuncu dəfə 2024-cü ilin oktyabr ayında azaldılmışdı. Hazırda bu dərəcələr tarixdə ən aşağı səviyyədə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti