...

BMT-nin xüsusi elçisi Pedersen Suriyada keçid hökumətinin XİN rəhbəri ilə görüşüb

Dünya xəbərləri Materials 24 May 2025 05:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pedersen ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Görüşdə tərəflər ölkədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, Suriyada keçid dövründə ədalət sisteminin formalaşdırılması və Suriya hökuməti ilə BMT arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub.

Xatırladaq ki, Pedersen Suriyada hakimiyyət dəyişikliyindən sonra dəfələrlə Dəməşqə səfər edib.

Xəbər lenti

Xəbər lenti