...

İndoneziyada Semeru vulkanı 24 saatda 11 dəfə püskürüb

Dünya xəbərləri Materials 26 May 2025 00:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyalətindəki Semeru vulkanında cəmi bir sutka ərzində 11 püskürmə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Tempo portalı müşahidə postlarının əməkdaşlarına istinadla yayıb.

Məlumata görə, püskürmələr nəticəsində yaranan kül sütunu vulkanın kraterindən 1200 metr yüksəlib və ümumilikdə dəniz səviyyəsindən 4876 metr hündürlüyə çatıb.

Respublika Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzi əhaliyə və turistlərə ehtiyatlı olmağı, vulkanın kraterinə yaxınlaşmamağı tövsiyə edib. Xüsusilə, kraterin 8 kilometr cənub-şərqində və 3 kilometr radiusda yerləşən ərazilərdə olmağın təhlükəli olduğu bildirilib. Qurum püskürmələr zamanı atılan qaynar süxurların ciddi təhlükə yaratdığını vurğulayıb.

Qeyd edək ki, dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşən Semeru vulkanı İndoneziyanın dördüncü, Yava adasının isə ən yüksək zirvəsidir.

Ümumilikdə İndoneziyada 500-dən çox vulkan mövcuddur ki, onlardan təxminən 130-u aktiv hesab olunur.

Xəbər lenti

Xəbər lenti