...

İran və ABŞ arasında danışıqların yeni raundunun vaxtı və yeri hələ razılaşdırılmayıb

Dünya xəbərləri Materials 26 May 2025 02:45 (UTC +04:00)
İran və ABŞ arasında danışıqların yeni raundunun vaxtı və yeri hələ razılaşdırılmayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi məqsədilə ABŞ ilə keçiriləcək növbəti danışıqlar raundunun vaxtı və məkanı hələ müəyyənləşdirilməyib.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi açıqlama verib.

“Növbəti danışıqlar raundu ilə bağlı hələlik dəqiqlik yoxdur”, – deyə Araqçi bildirib. O əlavə edib ki, İran danışıqları “səbir və təmkinlə” aparır və uranın dinc məqsədlərlə zənginləşdirilməsi hüququndan imtina etməyəcək.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri sonuncu dəfə mayın 23-də Romada beşinci danışıqlar raundunu keçiriblər. Danışıqlarda vasitəçi kimi çıxış edən Oman Xarici İşlər Naziri tərəflərin “müəyyən, lakin yekunlaşmamış irəliləyişə” nail olduqlarını açıqlayıb.

Araqçi isə qeyd edib ki, Tehran və Vaşinqton danışıqların davamı üçün hazırlanır və qarşıdakı bir-iki görüşdə müsbət nəticələr əldə olunacağına ümid bəsləyir.

Xəbər lenti

Xəbər lenti