...

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 26 May 2025 05:34 (UTC +04:00)
Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirdiyini bəyan edib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlamanı Ağ ev rəhbəri Nyu-Cersi ştatından Vaşinqtona uçarkən jurnalistlərə verib.

Tramp bildirib ki, Moskvaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi "mütləq şəkildə nəzərdən keçirilir".

O, eyni zamanda Rusiyanın Ukraynada infrastruktura qarşı həyata keçirdiyi son kütləvi hücumlardan narazılığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti