...

İran heç vaxt nüvə enerjisindən hərbi məqsədlər üçün istifadəni hədəfləməyib – XİN

Dünya xəbərləri Materials 26 May 2025 12:45 (UTC +04:00)
İran heç vaxt nüvə enerjisindən hərbi məqsədlər üçün istifadəni hədəfləməyib – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran heç vaxt nüvə enerjisindən hərbi məqsədlər üçün istifadə etməyi hədəfləməyib.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp son vaxtlar Tehranla konstruktiv danışıqların aparıldığını bildirib. İran tərəfi əvvəldən bəyan edib ki, ABŞ-nin məqsədinin İranın nüvə proqramının silah istiqamətinə yönəlməməsi və dinc məqsədli olmasıdırsa, bununla bağlı anlaşma əldə olunacaq.

“Amma ABŞ-nin məqsədi İranı Nüvə Silahlarının Yayılmamasına dair Saziş (NPT) çərçivəsində öz hüququndan məhrum etməkdirsə, İranın qənaətincə, bu proses nəticəyə çatmayacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti