...

Venesiyada ilk dəfə elektrikli su taksisi fəaliyyət göstərəcək

Dünya xəbərləri Materials 28 May 2025 13:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesiyada ilk dəfə olaraq tam elektriklə işləyən su taksisi fəaliyyət göstərəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Lucietta” adlı qayıq 29 may - 2 iyun tarixlərində Venesiyada keçiriləcək qayıq şousunda təqdim olunacaq.

“Lucietta”nın dizaynerləri qayığın Venesiyada elektrikli şəhər hərəkətliliyinin yeni paradiqmasını, eyni zamanda, ənənə ilə yenilik arasındakı tarazlığı təmsil etdiyini bildirirlər.

İlk elektrikli su taksisi, həmçinin, 27 avqust - 6 sentyabr tarixlərində keçiriləcək 82-ci Venesiya Film Festivalının zamanı aktyorların tarixi şəhərdən Lido adasına çatdırılmasında əsas olacaq.

Xəbər lenti

Xəbər lenti