Bakı. Trend:
Almaniya hökuməti "Şimal axını 1" qaz kəmərinin işinin bərpasına, eləcə də "Şimal axını 2" layihəsinin işə salınmasına icazə vermək niyyətində deyil.
Trend-in “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.
“Biz ‘Şimal axını 2’nin işə düşməməsi üçün əlimizdən gələni edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, “Şimal axını 2” layihəsinin inşasına 2018-ci ildə başlanılıb. Lakin Almaniya hökuməti qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb. ABŞ isə layihəni həyata keçirən “Nord Stream 2 AG” şirkətini sanksiya siyahısına daxil edib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Baltik dənizinin dibi ilə keçən “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd borusundan üçü partlayış nəticəsində ciddi zədələnmiş və kəmərlərdə qaz sızması baş vermişdi. Nəticədə hər iki kəmər istismara yararsız vəziyyətə düşmüşdü.