Bakı. Trend:
İsveçrənin Alp dağlarında baş verən qar uçqunu torpaq sürüşməsinə səbəb olub.
Trend-in məlumatına görə, təbii fəlakət Vale kantonunun Löçental vadisində yerləşən Blatten kəndində qeydə alınıb.
Hadisə nəticəsində kənd tamamilə məhv olub. Rəsmi qurumlar 1 nəfərdən xəbər alınmadığını açıqlayıb.
Qeyd edilir ki, 200 nəfərin yaşadığı kənd ehtiyat tədbiri olaraq mayın 19-da evakuasiya olunub.