Bakı. Trend:
Rusiyanın Moskva şəhəri Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Trend-in məlumatına görə, bu barədə "Rosaviyasiya"nın mətbuat xidməti bildirib.
Məlumata əsasən, Vnukovo, Domodedovo, Jukovski, Şeremetyevo hava limanlarında təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Daha sonra "Rosaviasiya" paytaxtın bütün hava limanlarında məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.