...

Avrozonada investorların inam indeksi yüksəlib

Dünya xəbərləri Materials 11 İyun 2025 04:11 (UTC +04:00)
Avrozonada investorların inam indeksi yüksəlib

Bakı. Trend:

Avrozonada investorların inam indeksi son bir ilin maksimum səviyyəsinə yüksəlib.

Trend xəbər verir ki, investorların may ayında mənfi 8,1 olan inam indeksi iyunda 0,2 olub. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir. Bazar proqnozları isə indeksin mənfi 6 səviyyəsinə yüksələcəyi istiqamətində idi.

İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də 3,8-dən 14,3-ə yüksəlib. Beləliklə indeks son iki ayda 30,1 bənd artıb.

Cari vəziyyət indeksi isə mənfi 19,3-dən mənfi 13-ə yüksələrək ötən ilin iyunundan bu vaxtadək ən yüksək səviyyəyə çatıb.

Xəbər lenti

Xəbər lenti