...

Gürcüstan və Macarıstan strateji əməkdaşlığı dərinləşdirir

Dünya xəbərləri Materials 12 İyun 2025 01:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Budapeştdə Gürcüstan və Macarıstanın baş nazirləri İrakli Kobaxidze və Viktor Orbanın həmsədrliyi ilə Gürcüstan-Macarıstan Hökumətlərarası Komissiyasının ikinci iclası keçirilib.

Trend xəbər verir ki, iki ölkənin Nazirlər Kabineti üzvlərinin iştirak etdiyi görüşdə sektorlararası əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə olunub. Tərəflər enerji və kommunikasiya, ətraf mühit və kənd təsərrüfatı, müdafiə, hüquq-mühafizə, ədliyyə, səhiyyə, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Baş nazir İrakli Kobaxidze siyasi dialoqun yüksək səviyyəsini qeyd etməklə yanaşı, ticari və iqtisadi münasibətlərin daha da genişləndirilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, bu sahədə müsbət dinamika müşahidə olunsa da, mövcud potensial daha böyükdür və əlavə imkanlar araşdırılmalıdır.

Sammit çərçivəsində Gürcüstan və Macarıstan arasında ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, innovasiya və idman sahələrində əməkdaşlığa dair bir sıra sazişlər imzalanıb. Sənədləri iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri imzalayıb. Görüşün yekununda baş nazirlər birgə Bəyannaməyə imza atıblar.

Xəbər lenti

Xəbər lenti