...

Britaniyada işsizlik atmaqda davam edir

Dünya xəbərləri Materials 12 İyun 2025 03:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada əmək bazarında qeyri-müəyyənlik fonunda şirkətlər yeni işçilərin işə qəbulunu ləngidir və ya boş yerləri doldurmur.

Trend-in BBC-yə istinadla verdiyi məlumata görə, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı son göstəricilər sübut edir.

Mart-may ayları ərzində ölkə üzrə mövcud vakansiyaların sayı 63 min azalaraq 736 minə enib. Bu isə əmək bazarında zəifləmənin davam etdiyini göstərir.

ONS-un iqtisadi statistika direktoru Liz Makkion qeyd edib ki, işçi maaşları üzrə vergi hesabatlarında da azalma müşahidə olunub. Onun sözlərinə görə, bir çox şirkət ya yeni işçi qəbul etməkdən çəkinir, ya da işdən ayrılanların yerinə işçi götürmür.

Ekspertlər bildirirlər ki, apreldə işəgötürənlər üçün milli sığorta haqlarının artırılması və minimum əməkhaqqının yüksəldilməsi şirkətlərin işçi saxlama xərclərini artırıb. Bu isə birbaşa olaraq vakansiyaların azalmasına səbəb olub.

Statistikaya əsasən, hazırda ölkədə işsizlik səviyyəsi 4,6 faiz təşkil edir ki, bu da son dörd ilin ən yüksək göstəricisidir.

Xəbər lenti

Xəbər lenti