...

İsrail İranın iki hərbi-hava bazasına raket zərbələri endirib

Dünya xəbərləri Materials 14 İyun 2025 05:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri İranın iki hərbi-hava bazasına raket və pilotsuz uçuş aparatlarının buraxılması üçün zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr İranın qərbində yerləşən Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbində “yer – yer” sinifli raketlərin buraxılış meydançasına yönəldilib.

“Hücum zamanı onlarla İran pilotsuz uçuş aparatı və ‘yer – yer’ sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti