...

İranda sərnişin avtobusu aşıb - Ölənlərin sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 İyul 2025 17:06 (UTC +04:00)
İranda sərnişin avtobusu aşıb - Ölənlərin sayı artıb (YENİLƏNİB)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda yerləşən Fars vilayətində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin təcili yardım idarəsinin müdiri Məsud Abid deyib.

Onun sözlərinə görə, baş verən qəza nəticəsində 37 nəfər xəsarət alıb.

xxx

13:51

Bu gün İranın cənubunda yerləşən Fars vilayətində sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti təcili yardım idarəsinin müdiri Məsud Abid yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Abid qeyd edib ki, hadisə yerinə 11 təcili yardım maşını və 2 avtobus ezam olunub.

Hadisənin səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti