Bakı. Trend:
Avqustun 1-dən etibarən ABŞ-nin 30%-lik tariflər tətbiq etməsi İtaliyanın ümumi daxili məhsulunda (ÜDM) 1,4% azalmaya səbəb ola bilər. Bu isə ölkənin 2024-cü il üçün proqnozlaşdırılan 0,6% və 2026-cı il üçün nəzərdə tutulan 0,8%-lik iqtisadi artımını demək olar ki, tamamilə kompensasiya edəcək.
Trend xəbər verir ki, bu barədə İtaliyanın “Il Sole 24 Ore” biznes qəzeti məlumat yayıb.
Qəzetin məlumatına əsasən, tətbiq ediləcək tariflər 2025–2026-cı illər ərzində İtaliya iqtisadiyyatına təxminən 30 milyard avro dəyərində zərər vura bilər. Əgər tariflər 20%-ə endirilsə, bu halda iqtisadi zərərin təxminən 20 milyard avro olacağı təxmin edilir.
“EY” şirkətinin İdarəedici Partnyoru Marko Daviddi qeyd edib ki, bu tariflərdən ən çox əziyyət çəkəcək sahələr əczaçılıq, kənd-qida və ABŞ bazarından asılı olan mühəndislik sənayeləri olacaq.
Analitiklər tariflərin 20%-dən aşağı endirilməsi ehtimalını aşağı qiymətləndirirlər.