Bakı. Trend:
İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub, 36 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmətinin rəhbəri Məsud Abed ILNA xəbər agentliyinə açıqlama verib.
Hadisə Firuzabad və Kevar şəhərləri arasındakı magistral yolda baş verib.
"Təəssüf ki, bu faciəli hadisədə avtobusda olan 58 sərnişindən 22-si həlak olub, 36-sı yaralanıb", – deyə Abed bildirib.
O əlavə edib ki, bəzi sərnişinlərin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.
