...

İran və üç Avropa ölkəsi nüvə proqramı üzrə danışıqları bərpa edəcəklər

Dünya xəbərləri Materials 20 İyul 2025 16:30 (UTC +04:00)

Bakı. Trend:

İran nüvə proqramı üzrə danışıqlar prosesini bərpa etmək barədə Fransa, Almaniya və Böyük Britaniya ilə razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla xəbər verir.

Bildirilir ki, danışıqların prinsipi razılaşdırılıb. Bununla belə, agentlik danışıqların vaxtı və yerinə dair məsləhətləşmələrin davam etdiyini vurğulayıb. "Tasnim"in mənbəsi qeyd edib ki, danışıqların aparılacağı ölkə də müəyyənləşməyib.

Xəbər lenti

Xəbər lenti