Bakı. Trend:
Birləşmiş Ştatlar hakimiyyəti gələn həftə Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi barədə daha geniş məlumatı ictimaiyyətə təqdim edəcək.
Trend-in məlumatına görə, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard "Fox News" kanalına müsahibəsində bildirib.
“Gələn həftə bunun necə baş verdiyi və bu məlumatın Amerika xalqından nə dərəcədə gizlədildiyi barədə daha ətraflı məlumat verəcəyik,” – deyə o bildirib.
Qabbard əlavə edib ki, ABŞ administrasiyasında məlumatların manipulyasiyası ilə bağlı məsul şəxslərə ittiham irəli sürmək üçün kifayət qədər dəlil var:
“Əlimizdə olan bütün sənədləri ABŞ Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Məsuliyyət daşıyanlar, nə qədər güclü olsalar da, ittiham olunmalıdır,” – ABŞ Milli Kəşfiyyat rəhbəri vurğulayıb.