Bakı. Trend:
Hindistanın vitse-prezidenti Caqdip Dhankhar istefa verdiyini bəyan edib.
Trend-in məlumatına görə, bu barədə o, mətbuat xidmətinin yaydığı açıqlama vasitəsilə ictimaiyyətə məlumat verib.
“Sağlamlığımı ön planda tutmaq və həkimlərin tövsiyələrinə əməl etmək məqsədilə Hindistanın vitse-prezidenti postunu tərk edirəm”, – deyə Dhankhar bildirib və prezidentə, baş nazirə, parlamentə, eləcə də Nazirlər Kabinetinə birgə əməkdaşlığa görə təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Dhankhar avqust ayında 74 yaşını tamamlayacaq. O, vitse-prezident vəzifəsini 2022-ci ilin avqust ayından icra edirdi.