...

Yaponiya ABŞ iqtisadiyyatına 550 milyard dollar investisiya qoyacaq

Dünya xəbərləri Materials 23 İyul 2025 05:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya ABŞ ilə əldə edilmiş yeni saziş çərçivəsində Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya yatıracaq.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

"Biz indicə Yaponiya ilə böyük bir saziş bağladıq. Yaponiya mənim göstərişimlə ABŞ-yə 550 milyard dollar investisiya qoyacaq, ABŞ isə bundan 90% mənfəət əldə edəcək", – Tramp bildirib.

Prezident əlavə edib ki, saziş çərçivəsində ABŞ Yaponiyaya avtomobil, düyü və digər kənd təsərrüfatı məhsullarını ixrac edəcək.

Bundan başqa, Yaponiya ABŞ-dən idxal olunan məhsullara görə 15% rüsum ödəyəcək.

Xəbər lenti

Xəbər lenti