...

ABŞ-də silahlı insident - Ölənlər var

Dünya xəbərləri Materials 2 Avqust 2025 17:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də - Montananın Anakonda şəhərində dörd nəfərin həyatına son qoyan faciə baş verib. Belə ki, yerli barın daimi müştərisi Pol Braun gözlənilmədən müəssisədəkilərə atəş açıb. Hadisə nəticəsində dörd nəfər həlak olub.

Trend-in verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Barmen bildirib ki, Braun müntəzəm olaraq bara gəlsə də, digər daimi müştərilər kimi kollektivin bir hissəsi olmayıb.

Bununla yanaşı, o vurğulayıb ki, şübhəli şəxslə digər müştərilər arasında münaqişə və ya fikir ayrılığı müşahidə edilməyib.

"O, sadəcə özündən çıxdı", - deyə bar sahibi Devid Qverder baş verənləri şərh edib.

Braunun axtarışları davam etdirilir. Hadisənin başvermə motivləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti