...

İsrail ordusu Qəzza zolağına havadan humanitar yardım göndərməyə davam edir

Dünya xəbərləri Materials 2 Avqust 2025 21:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağına havadan humanitar yardım çatdırılması üzrə fəaliyyətini davam etdirir.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şənbə günü siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Misir, Fransa və Almaniya arasında əməkdaşlıq çərçivəsində Qəzza zolağına humanitar yardımın artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

“Son bir neçə saat ərzində beş ölkənin iştirakı ilə Qəzzanın həm cənub, həm də şimal bölgələrində yaşayan insanlar üçün 90 humanitar yardım paketi hava yolu ilə çatdırılıb,” – deyə məlumatda qeyd olunub.

İsrail tərəfi, həmçinin, bölgədə humanitar vəziyyətin yaxşılaşdırılması üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti