Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Qara dənizin beynəlxalq hava məkanına daxil olan hissəsində təlim uçuşu həyata keçirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb və uçuşa dair videogörüntüləri də ictimaiyyətə təqdim edib.
Nazirliyin sosial şəbəkələrdə yaydığı açıqlamada bildirilir:
“Hərbi Hava Qüvvələrimizin döyüş təyyarəsi Qara dənizin beynəlxalq
hava məkanında təlim uçuşu həyata keçirib.”
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ilin mayın 27-də rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qara dəniz regionunda təhlükəsizliyin Ankara üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdı.