Bakı. Trend:
Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 277 kilometr aralıda Sakit okeanda 6,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi xəbər verib.
Məlumata əsasən, zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.
Nazirlikdən bildirilib ki, zəlzələdən sonra 19 santimetr hündürlüyündə sunami dalğasının gəlməsi mümkündür.