...

Ukrayna prezidenti 5 şirkət və 94 şəxsə qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 3 Avqust 2025 20:39 (UTC +04:00)
Ukrayna prezidenti 5 şirkət və 94 şəxsə qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya neft və neft məhsullarının daşınmasında iştirak edən “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən gəmi kapitanları da daxil olmaqla, bir sıra ölkələrdən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti "Telegram" kanalında yayımlanan video müraciətində bildirib.

"Üç sanksiya paketi hazırlanıb və ilk paket artıq bu gün tətbiq edilib. Rusiya kölgə donanmasının kapitanlarına qarşı sanksiyalar, biz bütün bunları - bütün bu paketləri - tərəfdaşlarımızla sinxronlaşdıracağıq", - deyə o bildirib.

V.Zelenskinin saytında sanksiyaların tətbiqi ilə bağlı fərman da dərc olunub. O cümlədən, fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya Federasiyasının, digərləri isə Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti