...

İranda “Müdafiə Şurasının” yaradılmasına qərar verilib

Dünya xəbərləri Materials 4 Avqust 2025 12:44 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Milli Təhlükəsizlik Şurası Konstitusiyanın 176-cı maddəsini əsas tutaraq, ölkədə “İran Müdafiə Şurası”nın yaradılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu haqda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi məlumat yayıb.

Məlumata görə, Müdafiə Şurası müdafilə layihələri və silahlı qüvvələrin bacarıqlarını gücləndirməyi diqqətli şəkildə araşdıracaq.

Bu şuraya İran prezidenti başçılıq edəcək. Məhkəmə Sisteminin rəhbəri və parlament sədri, silahlı qüvvələrin komandanları və bəzi əlaqədar nazirlər şuranın üzvləri olacaq.

2 avqustda İranda Müdafiə Şurasının yaradılması ilə bağlı məlumatlar yayılıb. İsrailin iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək, hücumlar etməsindən sonra İranda belə bir qurumun yaradılması nəzərdə tutulub. İsrailin həyata keçirdiyi hava hücumları və reydlər əsasən nüvə obyektlərinə, hərbi komandirlərə, tanınmış nüvə fiziklərinə və hava bazalarına yönəlib.

Xəbər lenti

Xəbər lenti