...

Niderland Ukraynaya hərbi yardım paketi ayırıb

Dünya xəbərləri Materials 4 Avqust 2025 23:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında məlumat verib. Bildirilib ki, yardım paketinə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün komponentlər və raketlər də daxildir.

“Niderland Ukraynaya 500 milyon avro dəyərində Amerika istehsalı silahlar təqdim edəcək. Bu yardım Ukraynanın həm özünü, həm də Avropanın qalan hissəsini Rusiyanın təcavüzündən qorumasına kömək edəcək”, – deyə nazir qeyd edib.

Brekelmans yardımın çatdırılma vaxtı və təfərrüatları barədə əlavə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti