...

ABŞ ordusu “Tesla Cybertruck”ı hədəf kimi istifadə edəcək

Dünya xəbərləri Materials 8 Avqust 2025 05:39 (UTC +04:00)
ABŞ ordusu “Tesla Cybertruck”ı hədəf kimi istifadə edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri Nyu-Meksikodakı Uayt-Sends raket poliqonunda iki “Tesla Cybertruck” elektrik pikapını yüksəkdəqiqlikli silahlar üçün hədəf olaraq sınaqdan keçirəcək.

Trend-in “Electrek” nəşrinə istinadla verdiyi məlumata görə, bu avtomobillər 33 hədəf maşınından ibarət daha geniş sifarişin bir hissəsidir. Sənədlərdə “Cybertruck” konkret marka və model olaraq göstərilən yeganə nəqliyyat vasitəsidir.

Qərar ekspertlər tərəfindən ironik addım kimi qiymətləndirilir, çünki “Tesla”nın rəhbəri İlon Mask “Cybertruck”ı “güllə keçirməz” və “apokalipsisdən sağ çıxacaq” avtomobil kimi tanıdıb, hətta Pentaqona onu hərbi istifadəyə təklif edib.

Lakin hərbçilərin məqsədi fərqlidir — sənədlərdə qeyd olunur ki, pikaplar adi zədələnməyə davamlı olduqları üçün seçilib. Ordu bu testlərlə döyüş şəraitində belə möhkəm texnikalara qarşı effektiv zərbə üsullarını sınaqdan keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti