...

Samsung ilk dəfə iPhone üçün prosessor istehsal edəcək

Dünya xəbərləri Materials 8 Avqust 2025 07:58 (UTC +04:00)
Samsung ilk dəfə iPhone üçün prosessor istehsal edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın “Samsung” korporasiyası “Apple”ın iPhone modelləri üçün prosessor istehsalına başlayacaq.

Trend-in “Android Authority” nəşrinə istinadla verdiyi məlumata görə, Amerika şirkəti bu çipləri Texas ştatının Ostin şəhərində yerləşən “Samsung” zavodundan alacaq.

İndiyədək “iPhone” üçün prosessorları əsasən Tayvanın TSMC şirkəti istehsal edirdi. “Samsung” isə Exynos prosessorlarını yalnız öz cihazları üçün hazırlayır, amma “Apple”a displeylər, operativ yaddaş modulları və digər mikrosxemlər təchiz edirdi.

Ekspertlərin sözlərinə görə, bu əməkdaşlıq iki texnoloji nəhəngin iPhone-un əsas komponentlərinin istehsalında ilk birgə addımı olacaq.

Xəbər lenti

Xəbər lenti