Bakı. Trend:
Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda sənaye mətbəx avadanlığı istehsal edən fabrikdə yanğın baş verib.
Trend xəbər verir ki, alov qısa müddətdə bitişik bəzək əşyaları istehsal edən fabrikə və boya sexinə keçib.
Üç yanaşı fabrikə yayılan yanğın çətinliklə söndürülüb. Hadisə zamanı bir yanğınsöndürən tüstüdən zəhərlənərək Darıca Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.