...

İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil – Hökumət sözçüsü

Dünya xəbərləri Materials 12 Avqust 2025 11:45 (UTC +04:00)
İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil – Hökumət sözçüsü
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkədə Zəngəzur dəhlizi çox qəribə şəkildə təqdim olunur və İranın şimal sərhədlərini itirməsi kimi qiymətləndirilir.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (12 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumiyyətlə söhbət olunan Zəngəzur məsələsi İranın şimalında çox kiçik bir hissədədir.

Mohacerani qeyd edib ki, İran davamlı şəkildə bölgədə sabitliyin bərpa olunması, ölkələrin ərazi bütövlüyü və suverenliyin qorunmasını diqqət mərkəzində saxlayır.

Mohacerani qeyd edib ki, əlbəttə İran heç vaxt qonşu ölkələrə əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha yaxşı seçim hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti