...

İran XİN-in Amerika üzrə Departamentinə qadın başçılıq edəcək

Dünya xəbərləri Materials 13 Avqust 2025 09:58 (UTC +04:00)
İran XİN-in Amerika üzrə Departamentinə qadın başçılıq edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Zəhra Erşadi İran Xarici İşlər Nazirliyinin Şimali və Cənubi Amerika üzrə Departamentinin baş direktoru təyin olunub.

Trend-in məlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri Seyid Abbas Araqçi qərar verib.

Zəhra Erşadi bundan öncə İranın Nyu-Yorkdakı daimi nümayəndəliyinin rəhbər müavini və səfiri vəzifəsində çalışıb.

İran xarici işlər naziri həmçinin Əlirza Hedayətpuru Xarici İşlər Nazirliyinin İctimai Diplomatiya Mərkəzinin direktor müavini və Əlirza Miryusifini həmin mərkəzin direktorunun əcnəbi KİV-lər üzrə müavini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti