...

İsrail Qəzzaya hücumla bağlı qərar verdi

Dünya xəbərləri Materials 13 Avqust 2025 19:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrailin Qəzza zolağına hücum planını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü "Telegram"da məlumat yayıb.

“Eyal Zamir bu gün iclas keçirərək, İsrail ordusunun Qəzza zolağında əməliyyat planının əsas prinsiplərini təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.

Həmçinin, Zamir vurğulayıb ki, İsrail komandanlığı qoşunların döyüş hazırlığını artırmaqda davam etməli və “növbəti əməliyyatlara” hazırlaşmalıdır.

Xəbər lenti

Xəbər lenti