Bakı. Trend:
Hindistan və Çin sərhəddə ticarəti bərpa edirlər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Çin və Hindistan hakimiyyəti 2020-ci ildə dayandırılmış sərhəddə ticarətin bərpası üçün danışıqlar aparırlar.
Qeyd edək ki, Hindistan və Çin 30 ildən çox bir müddətdə Himalay dağlarındakı sərhəddə üç məntəqədə ticarət aparıblar.
Xatırladaq ki, ticarət məntəqələri koronavirus pandemiyasının başlanması, eləcə də bununla üst-üstə düşən sərhəd münaqişəsi səbəbindən, Çin və Hindistan arasında münasibətlərin pisləşməsindən sonra bağlanıb. Nəticədə 4 Çin əsgəri, 20 Hindistan hərbçisi həlak olub.