Bakı. Trend:
Sudanda "Çevik Dəstək Qüvvələri"nin (RSF) silahlıları doğum evinə hücum edərək bütün həkimləri və xəstələri — ümumilikdə 460-dan çox insanı öldürüblər.
Trend xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Faciə Əl-Fəşər şəhərində yerləşən “Səudiyyə Doğum Evi”ndə baş verib.
Qeyd olunur ki, RSF oktyabrın 25–26-da Əl-Fəşəri ələ keçirdikdən sonra şəhərdə azı 1 500 silahsız mülki şəxsi qətlə yetirib.
