...

Rusiya gecə ərzində Ukraynaya 650-dən çox dron buraxıb - Zelenski

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 14:48 (UTC +04:00)
Rusiya gecə ərzində Ukraynaya 650-dən çox dron buraxıb - Zelenski
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın qoşunları gecə ərzində Ukraynaya 650-dən çox dron və 50-dən artıq raket buraxıb. Bir çox hədəflər vurulsa da, zərbə alan obyektlər də var.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Gecə saatlarında baş vermiş Rusiya hücumundan sonra bir çox bölgələrimizdə xilasetmə işləri davam etdirilir. Çətin, kombinə edilmiş zərbə idi: düşmən 650-dən çox dron və 50-dək müxtəlif tipli raket, o cümlədən ballistik və aeroballistik silahlar tətbiq etdi. Çoxu vurulsa da, təəssüf ki, bir sıra obyektlərə zərbə dəyib”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində Zaporojyedə yaşayış evləri zədələnib, yataqxanada dağıntılar var, hücum nəticəsində onlarla insanın xəsarət aldığı məlumdur, onların arasında 5 uşaq da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti